Zakir Həsənov Gürcüstanın müdafiə nazirinin müavini ilə görüşüb
28 mart 2014 13:57 (UTC +04:00)

Zakir Həsənov Gürcüstanın müdafiə nazirinin müavini ilə görüşüb

0

 

Müdafiə Nazirliyində Gürcüstanın müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov, daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov M. Darçiaşvilini qəbul edib.
 

 

 

Naziri qonağı salamlayaraq iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb, bölgədəki hərbi-siyasi vəziyyətə toxunub, ölkələrimizin ərazilərindəki mövcud qaynar bölgələrdəki dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb.

 


M. Darçiaşvili də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edərək hər iki ölkənin müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ölkələrin ümumi mənafelərinə xidmət etməsini bildirib.


Sonra Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar