XƏBƏRDARLIQ : Bakının bu ərazisində qaz olmayacaq
01 oktyabr 2025 07:01 (UTC +04:00)

XƏBƏRDARLIQ: Bakının bu ərazisində qaz olmayacaq

0

Paytaxtın Səbail rayonu ərazisində yerləşən "Gülüstan" qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də, saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar