Yasamaldakı yanğında zəhərlənən 20 nəfər  evə buraxıldı
22 noyabr 2025 10:17 (UTC +04:00)

Yasamaldakı yanğında zəhərlənən 20 nəfər evə buraxıldı

0

Dünən Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildirilib.

Qeyd olunub ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar