"Yaşıl Vətən"ə 84 min manatlıq  zərər dəyib - Ağacları kəsiblər
21 noyabr 2025 19:07 (UTC +04:00)

"Yaşıl Vətən"ə 84 min manatlıq zərər dəyib - Ağacları kəsiblər

0

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Lent.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430 ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 56

Oxşar yazılar