Alimlər son bir həftədir ki, insan rifahına təsir göstərə biləcək yüksək geomaqnit aktivliyini müşahidə edirlər.
Yer üzündə geomaqnit qasırğalarına səbəb ola biləcək güclü X1.79 sinifli günəş partlayışı baş verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə NOAA Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat verib.
Bu partlayış, bir hissəsi Yerə doğru hərəkət edən bir tac kütləsinin atılması ilə müşayiət olunub. Bu, yaxın günlərdə geomaqnit qasırğalarına səbəb ola bilər.
Maqnit qasırğaları kosmosa enerji buraxan günəş partlayışlarıdır. Bu enerji Yerə çatdıqda, hava şəraitinə həssas insanlara təsir göstərə bilər.
Günəş aktivliyi anadangəlmə və ya qazanılmış hava həssaslığı olan insanlara, eləcə də yaşlılara təsir göstərə bilər. Xüsusilə, onlar baş ağrıları, qan təzyiqinin dəyişməsi, yuxu pozğunluqları, diqqətin azalması və ya əhval-ruhiyyənin dəyişkənliyi ilə qarşılaşa bilərlər.