Avropada bu tarixdən yalnız C tipli USB  işlədiləcək
05 oktyabr 2022 02:36 (UTC +04:00)

Avropada bu tarixdən yalnız C tipli USB işlədiləcək

Avropa Parlamenti İttifaq ərazisində elektrotexnika üçün vahid adapter tətbiqi barədə qərar qəbul edib.

Lent.az-ın xəbərinə görə, qərar Avropa İttifaqının Rəsmi Jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək. Üzv ölkələrə qanunları bu tələbə uyğunlaşdırmaq üçün 12 ay vaxt veriləcək. Qərarın müddəaları kiçik avadanlıqlar üçün 12 ay, noutbuklar üçün 40 ay sonra tətbiq ediləcək. qərar indiyədək istehsal olunmuş avadanlıqlara şamil edilmir. 

Qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə doldurulmalıdır. Yeni qaydanın tətbiqində məqsəd istehlakçı hüquqlarının müdafiəsi ilə yanaşı elektron tullantıların həcmini azaltmaqdır. İstehlakçı hüquqlarının müdafiəçilərinin fikrincə insanların özü ilə çoxsaylı adapter daşıması tarixə qovuşmalıdır. “Apple” şirkəti uzun müddət müqavimət göstərsə də, sonda vahid adapter tələbi ilə razılaşıb.

Avropa Parlamentinin hesabatında deyilir: “Yeni qaydalar avropalı istehlakçıların ildə 250 milyon avroya qənaət etməsinə imkan verəcək. Avropada hər il 11 min tonadək adapter istifadə olunmadığı üçün atılır və elektronik tullantıya çevrilir”.
 

# 1938
avatar

Oxşar yazılar

İlon Mask, "Space X" şirkətinin qurucusu

Mask “Twitter” istifadəçiləri barədə bunu dedi

27 noyabr 2022 , 12:52
"Twitter"də bloklanmış hesablar AÇILACAQ

"Twitter"də bloklanmış hesablar AÇILACAQ

26 noyabr 2022 , 14:20
“Orion” kosmik gəmisi Ayın orbitində

“Orion” kosmik gəmisi Ayın orbitində

26 noyabr 2022 , 04:32
DİQQƏT: “Qara cümə günü”  SAXTAKARLIQ

DİQQƏT: “Qara cümə günü” SAXTAKARLIQ

25 noyabr 2022 , 11:59
“WhatsApp”da daha bir  yeni FUNKSİYA:  Zənglər üçün yeni bölmə - FOTO

“WhatsApp”da daha bir yeni FUNKSİYA: Zənglər üçün yeni bölmə - FOTO

24 noyabr 2022 , 19:24
Çempionat zamanı rekord sayda tvit:  saniyədə 20 000

Çempionat zamanı rekord sayda tvit: saniyədə 20 000

24 noyabr 2022 , 06:23
Azərbaycanda mobil telefonlar BAHALAŞIB: 100 manat...

Azərbaycanda mobil telefonlar BAHALAŞIB: 100 manat...

23 noyabr 2022 , 12:41
İlon Mask bu dəfə hakeri İŞƏ GÖTÜRDÜ

İlon Mask bu dəfə hakeri İŞƏ GÖTÜRDÜ

23 noyabr 2022 , 09:45