Gələcəkdə telefonu əvəz edəcək   cihaz - VİDEO
03 oktyabr 2023 16:35 (UTC +04:00)

Gələcəkdə telefonu əvəz edəcək cihaz - VİDEO

“Apple” şirkəti gələcəkdə telefonu əvəz edəcək cihaz nümayiş etdirib. 

Lent.az xəbər verir ki, bu cihaz əl ilə qarşılıqlı əlaqədə olan bir təsvir proyeksiya edir. Qadcetin tam təqdimatı bu ay baş tutacaq.

Cihaz displey əvəzinə proyektoru olan çox yığcam telefona bənzəyir. O, geyimə yapışdırılır. O mətn və şəkilləri birbaşa ovucun üzərinə çıxarır. 

Cihaz haqqında hələ ki, çox az detal var. Məlumdur ki, funksiyalara zənglər, kamera, tərcüməçi, səsli köməkçi, həmçinin ətrafdakı obyektlərin tanınması daxildir. Məsələn, cihaz mağazadakı məhsulu skan edə və onunla bağlı suallara cavab verə bilər. Bu, süni intellekt alqoritmlərinin geniş tətbiqi sayəsində mümkündür.

Qeyd edilir ki, beş il ərzində “Humane” startapı artıq 240 milyon dollar toplayıb və bundan əvvəl o, “ChatGPT” chatbotunun yaradılmasının arxasında duran şirkət olan “Open Ai” şirkətinin rəhbəri Sam Altmanın diqqətini çəkib. O, təkmilləşdirmədə birbaşa iştirak etmir, amma “Humane”ə fəal şəkildə sərmayə qoyur.

İnqilabi cihazın neçəyə başa gələcəyi və nə vaxt satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur. Bununla belə, “Humane Ai Pin”in tam təqdimatı bu ayın sonunda planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27795
avatar

Sevinc Fərid

Oxşar yazılar