Niyə  təyyarədə telefondan   istifadə etmək olmaz? – CAVAB
21 sentyabr 2023 16:53 (UTC +04:00)

Niyə təyyarədə telefondan istifadə etmək olmaz? – CAVAB

Mütəxəssislər təyyarədə telefondan istifadə etməməyin səbəbini açıqlayıblar.

Lent.az xəbər verir ki, mobil telefonlar təyyarənin normal işinə mane ola biləcək radio dalğaları yayır.

Hər uçuşda aviaşirkətin sərnişinlərinə mobil telefonlarını həmişə təyyarə rejiminə keçirmələri xatırladılır. Yaranan radio dalğalar, həmçinin pilotların qulaqlıqlarında müdaxiləyə səbəb ola bilər.

Mobil telefonlar uçuşda olarkən əhatə dairəsindən çox uzaqda olsalar da, əlaqə axtarışında siqnallar göndərməyə davam edirlər. Təyyarə rejiminə keçid sadəcə olaraq bütün mobil siqnalların söndürülməsi deməkdir.

Britaniyanın Aviasiya Təhlükəsizliyi Komitəsinin baş icraçı direktoru Dai Vhittingham BBC-yə bildirib ki, uçuş rejimi quraşdırılmayan mobil cihazların təyyarələrə necə təsir etdiyinə dair həmişə məlumatlar verilir. 

"Onlar avtomatik uçuş idarəetmə sistemlərinə müdaxilə edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Təcrübə göstərir ki, bu dalğaların müdaxilə riski çox aşağıdır. Ancaq uçuş zamanı cihazların təyyarə rejimində olması həmişə tövsiyə olunur", -  Dai bildirib. 
 

# 13200
avatar

Sevinc Fərid

Oxşar yazılar