Rusiyada məmurlar "İphone" işlədə bilməyəcək
20 mart 2023 11:44 (UTC +04:00)

Rusiyada məmurlar "İphone" işlədə bilməyəcək

Rusiya prezident administrasiyasının əməkdaşlarından Amerikanın “Apple” şirkətinin smartfonlarından qurtulmaq tövsiyə olunub.

Lent.az bu barədə Kommersant nəşri yazıb.

Nəşrin materialında bildirilir ki, prezident administrasiyasının əməkdaşları artıq bunun bağlı bildiriş alıb, regiondakı məmurlar isə tezliklə Amerika smartfonlarının fərqli əməliyyat sistemli telefonlarla əvəzlənməsi ilə bağlı tövsiyələr alacaqlar.

Mart ayında Moskva vilayətində keçirilən seminar zamanı rəsmilərə aprelin əvvəlinə qədər iPhone-dan qurtulmalı olduqları bildirilib. İclasda iştirak edənlərdən biri “Kommersant”a bildirib ki, "iPhone ilə qurtarın: “Ya onu atın, ya da uşaqlara verin. Hamı bunu mart ayında etməli olacaq".

“Kommersant”ın digər həmsöhbəti bildirib ki, prezident administrasiyasının əməkdaşları qadağanın zəruriliyini müzakirə ediblər, lakin yekun qərarı aprelin 1-dək Amerika smartfonlarından xilas olmaq qərarına gələn Administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko verib.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu tədbirlər təhlükəsizlik məqsədilə həyata keçirilir, çünki “Apple” məhsulları “digər smartfonlarla müqayisədə Qərb mütəxəssisləri tərəfindən "sındırılmağa" və casusluğa daha çox həssasdır”.

# 2928
avatar

Oxşar yazılar