“TikTok”da video  paylaşdığı üçün İŞDƏN ÇIXARILDI
18 oktyabr 2022 10:07 (UTC +04:00)

“TikTok”da video paylaşdığı üçün İŞDƏN ÇIXARILDI

Dünyanın ən böyük şirkətlərindən biri “Apple” işçisini “TikTok”da video paylaşdığına görə işdən çıxarıb.  

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin marketinq departamentində çalışan Nylah Bun adlı gənc qız videosu sosial şəbəkələrdə gündəm olduqdan sonra işini itirib. 

Belə ki, Bun “TikTok”da videosunu “Texnologiya sahəsində işləyən qaradərili qızın həyatından bir gün” adı altında paylaşıb. O, görüntülərdə şirkət daxilində heç bir gizli məlumatı paylaşmayıb, hər hansı hadisəni açıqlamayıb. Video sadəcə “Apple”dakı ofisində lentə alınıb. 

O bildirib ki, bunu sadəcə qaradərili qadınlara dəstək məqsədi üçün paylaşıb. Belə qadınların da bu cür karyera qura biləcəklərini göstərməyə çalışıb. 

Qeyd edək ki, şirkətdə bu ilk belə hadisə deyil. Daha əvvəl işçilərdən biri “TikTok”da video paylaşdığı üçün işdən qovulacağı ilə hədələnmişdi.

TikTok videosu paylaştı, Apple’daki işinden oldu


 

# 4506
avatar

Sevinc Fərid

Oxşar yazılar