“Whatsapp”da  yeni funksiya   olacaq
23 mart 2023 19:47 (UTC +04:00)

“Whatsapp”da yeni funksiya olacaq

“WhatsApp” populyar ani messencerində yenilik olacaq ki, bunun sayəsində istifadəçilər mesajları pin edə biləcəklər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, “WABetaInfo” portalının mütəxəssisləri yeni variantın hazırlanmasından danışıblar.

Ekspertlər bildiriblər ki, messencerdə vacib mesajları çatlarda birləşdirməyə imkan verən funksiya olacaq. Bunu etmək üçün, ekspertlərin qeyd etdiyi kimi, mesaj parametrlərində "Pin" hərəkətini seçmək lazımdır.

“Bundan sonra söhbətdə mesajın sabitləndiyini göstərən kiçik bir işarə görünəcək və o, tez daxil olmaq üçün söhbətin yuxarı hissəsində göstəriləcək”, - “WABetaInfo”dan bildirilib. 

İndi mesajları bağlamaq imkanı Android əsaslı cihazlar üçün inkişaf mərhələsindədir. Yeni xüsusiyyətin geniş istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil.

# 4788
avatar

Oxşar yazılar