Yuxuya getmək üçün qulaqlıqlı  ağıllı maska yaradıldı
21 sentyabr 2023 18:21 (UTC +04:00)

Yuxuya getmək üçün qulaqlıqlı ağıllı maska yaradıldı

Çinlilər “Xiaomi” istifadəçiləri üçün istifadəçinin daha tez və yaxşı yuxuya getməsinə kömək edəcək yeni qadcet hazırlayıb.

Lent.az xəbər verir ki, qulaqlıqlı bu ağıllı maska “Meet” adlandırılıb. 

Məlumata görə, cihaz artıq sifariş üçün hazırdır. Onun ümumi dəyəri 4000 rus rublu(təxminən 71 manat) olacaq. 

“Meet” yuxu maskasıdır. Ancaq o, həm də müasir texnologiyadan - xarici səsləri maneə törədən müasir qulaqlıqlardan istifadə edir.

Bu qulaqlıqlar rahatlaşdırıcı musiqi ifa edə bilir. Səs səviyyəsi həm əllə, həm də avtomatik olaraq tənzimlənir. İstifadəçi müəyyən yuxu mərhələsinə çatdıqda musiqi tamamilə sönür.

Müxtəlif funksiyaları konfiqurasiya etmək və yuxu ssenarilərini seçmək mümkündür. Maska smartfona qoşula bilər.

Belə maskanın sahibi seçilmiş müddət ərzində yüksək keyfiyyətli və sağlam istirahətdən zövq almaq üçün istədiyi yuxu rejimini seçə bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341
avatar

Sevinc Fərid

Oxşar yazılar