Məşhur bələdçi-stüardessanın siyahısında gözəl təbiəti, tarixi və əlverişli qiymətləri ilə seçilən, 2026-cı il üçün ideal istirahət məkanları var. Stüardessa və məşhur TikTok bloqeri Liz, öz fikrincə 2026-cı ilin səyahət planlarına daxil edilməyə layiq olan əlçatan turizm istiqamətlərinin siyahısını hazırlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının ilk sırasında Bosniya və Herseqovina yer alıb. Ölkə qədim kəndləri, gölləri, təmiz çayları və Dinar Alp dağlarının sərt gözəlliyi ilə valeh edir. Tövsiyə olunan məkanlar arasında Kravitsa şəlaləsi, Mostardakı Köhnə körpü, Blagay Tekkiya monastırı və məşhur Zühur təpəsi var. Cənubi Afrika isə siyahıda xüsusi yer tutur. Bunun səbəbi ölkənin vəhşi təbiət qoruqları, möhtəşəm mənzərələri və nadir flora-fauna müxtəlifliyidir. Lizin sözlərinə görə, burada alınan təəssüratlar yaddaşda uzun müddət qalır.
Növbəti istiqamət isə bloqerin seçimində Azor adaları Portuqaliyanın muxtar regionu olub. Onun sözlərinə görə, arxipelaqın hər guşəsi açıqca kimidir: yollar boyunca mavi ortanc gülləri, vulkanik göllər və unikal təbiət mənzərələri Azorları sakit istirahət üçün ideal edir. Əsas görməli yerlər kimi Liz Gorrea çay fabrikini, Kaskata-da-Ribeyra-dus-Kaldeyroyns şəlalələrini və Antonio Borxes botanika bağlarını qeyd edir.
Bloqer həmçinin Lissabon, Porto və Koimbraya səfər etməyi məsləhət görür zəngin tarixi, münasib qiymətləri və şəxsən hiss edilməsi lazım olan atmosferi ilə seçilən şəhərlərdir. Dənizkənarı istirahət və sakitlik sevənlər üçün isə Liz Fransız Rivyerasını məsləhət edir füsunkar mənzərələri və mülayim iqlimi ilə ideal seçimdir. Onun siyahısını Honduraş tamamlayır həm təbiət həvəskarları, həm də tarix sevənlər üçün maraqlı ölkə. Qvatemala ilə sərhəddə yerləşən tropik meşələr və qədim Maya şəhər qalıqları olan Kopan bu ölkəni qeyri-adi və zəngin səyahət məkanına çevirir.