İndoneziyanın Bavean adası əsrarəngiz təbiəti ilə seçilsə də, ora getmək üçün xüsusi büdcə lazımdır. Bavean qoruğunda şnorkellə üzmədən keçmək mümkün deyil. Mərcanlar üzərində üzərkən balıq sürüləri və yaşıl tısbağalar yanınızdan keçir, kloun balıqları isə mərcanlardan boylanır. Uğurlu vaxta düşdükdə köpəkbalıqlarını belə, görmək olur.
Lent.az xəbər verir ki, ziyarətçilər adaya təyyarə ilə gəlir və taxta körpüdən keçərək Baveanın ilk mənzərəsini görürlər. Daha sonra onlar dalış turları və ya qayıq gəzintilərinə çıxırlar.
Qeyd olunur ki, körpünün yüngül yellənməsi dizayn səhvi deyil. Əksinə, burada hər detal düşünülüb. Körpü təcrübəli dalğıclar tərəfindən mərcanlara zərər vermədən xüsusi texnika ilə inşa edilib.
Tanınmış səyahətçi Annabel Qrossmanın sözlərinə görə, Bavean qoruğunun təbii gözəlliyi ilə müqayisə olunacaq başqa bir yer tapmaq çətindir. Cənub-Çin dənizinin qərb hissəsində yerləşən və 250-dən çox adadan ibarət Anambas arxipelaqı sivilizasiyadan uzaqdır və kütləvi turizmdən qorunub. Bava adasına Sinqapurdan təxminən 30 dəqiqəlik bərə yolu ilə Batamdan özəl su təyyarəsi ilə getmək mümkündür.
Adada villalara və lüks otaqlara taxta yol ilə çatmaq olur. Yol boyu bəzən varan kərtənkələlərinin sürətlə keçdiyini görmək mümkündür. Spa mərkəzi, restoranlar və tennis kortları isə ağacların arasında, sakit körfəzlərdə və ya qayalıq zirvələrdə yerləşir. Bütün tikililər texnikasız, əl işiylə inşa olunub və yerli əhalinin məşğulluğu əsas prioritetdir.
Adada “hər şey daxil” sistemi tətbiq edilir. Qonaqlar istədikləri qədər yemək sifariş edə bilir, lakin qida israfına icazə verilmir. Porsiyalar kiçik olur, ehtiyac olduqda əlavə istəmək mümkündür.