Müharibənin dəhşətli statistikası: Rusiya  nə qədər  ukraynalı uşağı öldürüb?
02 iyun 2023 00:01 (UTC +04:00)

Müharibənin dəhşətli statistikası: Rusiya nə qədər ukraynalı uşağı öldürüb?

İyunun 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın paytaxtına növbəti hücumu həyata keçirib və nəticədə anası ilə sığınmağa gedən 11 yaşlı qız da daxil olmaqla 3 nəfər həlak olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, ümumilikdə, YUNESKO-nun məlumatına görə, tammiqyaslı müharibə başlanandan bəri 500-dən çox uşaq Ukraynada müharibənin qurbanı olub, 19 mindən çox uşaq isə işğalçı ölkənin ərazisinə deportasiya edilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Rusiya Ukraynanın paytaxtını “İsgəndər” raketləri ilə hücum etsə də, hava hücumundan müdafiə qüvvələri 10 hava hədəfinin hamısını vura bilib. Raket qalıqları şəhərdəki uşaq klinikalarından birinin yaxınlığında yerə düşüb, nəticədə 11 yaşlı uşaq, anası və başqa bir gənc qadın həlak olub. Həmçinin Kiyevdə düşmənin hücumu nəticəsində tibb müəssisələri, məktəblər, uşaq bağçası, avtomobillər və bir neçə yaşayış binası zədələnib.

Qeyd olunur ki, Uşaqların Müdafiəsi Günü Fransanın paytaxtında 1949-cu ildə Qadınların Beynəlxalq Demokratik Federasiyasının konqresində təsis edilib. O, gənc nəslin rifahının təmin edilməsinin vacibliyini dünyaya xatırlatmağa çağırıb. O vaxtdan bəri BMT uşaqların hüquqlarının, həyat və sağlamlığının qorunmasını öz fəaliyyətinin ən mühüm istiqamətlərindən biri hesab edir. Amma reallıqda mənzərə fərqli görünür, çünki təşkilat Rusiyanın Ukraynada iyrənc cinayət əməllərinin qarşısını almaqda acizliyini göstərir.

UNICEF-in bir neçə ay əvvəl təqdim etdiyi məlumatlara görə, Ukraynadakı müharibə nəticəsində 500-dən çox uşaq həlak olub, 1000-ə yaxın uşaq isə yaralanıb, lakin bunlar ilkin rəqəmlərdir, real rəqəm daha çox ola bilər.

Lakin qətllərə əlavə olaraq, ruslar ukraynalı uşaqları öz ərazilərinə zorla deportasiya etməyə davam edir, ən azı 19.453 uşaq artıq çıxarılıb. Amma məlumat var ki, Ukraynadan çıxarılan uşaqlar zorla ruslaşdırılır və onların tapılmaması üçün mümkün olan hər şey edilir. Ruslar öz soyadlarını, doğum tarixlərini, adlarını dəyişdirərək onlara öz doğma yurdlarını, böyüdükləri dilləri, mədəniyyətlərini unutdururlar.

# 2556
avatar

Oxşar yazılar