Uşağınızda öz fikrini  formalaşdırmağın YOLLARI
20 may 2024 17:54 (UTC +04:00)

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqil düşünmək və fikirləri müdafiə etmək qabiliyyətini uşaqlarda “bağlayırlarsa”, bu bacarığı yenidən öyrənmək çətin ola bilər.

Hansı addımlar uşağınıza öz fikrini bildirməyə kömək edəcək?

Uşağın dediklərinə qulaq asın

Uşaqlar valideynlərin onların sözlərinə reaksiyasını mükəmməl qiymətləndirir və nəticə çıxarırlar. Əgər valideynlər övladlarını dinləmirlərsə, daim onların sözünü kəsirlər və ya məhəl qoymurlarsa, uşaq öz fikirlərini hər kəslə bölüşməkdən tamamilə imtina edə bilər.

Uşaqların fikirlərinə hörmət edin

Uşağınızın bəzi axmaq və düşünülməmiş şeylər danışdığını görsəniz belə, ona deməyə ehtiyac yoxdur. Gənc yaşlarından hər kəsin əsaslı və aydın rəyi olmur. Ancaq uşaqların dediklərinə hörmət etmirsinizsə, onların fikirlərini sadəcə dəyərsizləşdirə bilərsiniz.

Uşağınızın fikirlərini soruşun

Uşaqlar bu bacarığı müntəzəm olaraq tətbiq etməsələr, düşünməyi öyrənməyəcəklər. Buna görə də uşaqlardan nə düşündüklərini soruşmağa dəyər. Bu, gündəlik vəziyyətlərə, tədqiqatlara, hətta kitablara və filmlərə də aid edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Fidan İlqar

Oxşar yazılar