800 kitab topladı,  görün 500-nü nə edib? – TikTokda gündəm olan VİDEO
18 avqust 2026 09:23 (UTC +04:00)

800 kitab topladı, görün 500-nü nə edib? – TikTokda gündəm olan VİDEO

0

ABŞ-da yaşayan 25 yaşlı Czarina Monroy 800-dən çox kitabdan ibarət kolleksiyası üçün qeyri-adi saxlama üsulu tapıb. O, kitablarının təxminən 500-nü yatağının altında yerləşdirib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Monroy kolleksiyasını dörd il ərzində öz aldıqları, hədiyyələr, həmçinin müəllif və nəşriyyatlardan göndərilən kitablar hesabına formalaşdırıb. Rəflərdə yer qalmadıqdan sonra o, yatağın altındakı boş sahədən istifadə etməyə qərar verib.

Kitabları tapmağı asanlaşdırmaq üçün gənc qadın onları seriya, janr və müəlliflər üzrə qruplaşdırıb, hətta hansı kitabın hansı yığında yerləşdiyini göstərən xüsusi elektron cədvəl hazırlayıb.

Monroy qeyri-adi saxlama sistemini TikTok-da paylaşdıqdan sonra video milyonlarla baxış toplayıb. Bəzi istifadəçilər ideyanı yaradıcı və qənaətcil hesab etsə də, digərləri kitabların zədələnə biləcəyindən və yatağın bu qədər ağırlığa davam gətirməyəcəyindən narahat olduqlarını bildiriblər.

Daha sonra izləyicilərin məsləhəti ilə Monroy hidravlik mexanizmli, alt hissəsi saxlama sahəsi kimi istifadə olunan yeni yataq alıb. O, artıq fiziki kitab alışını azaltdığını və daha çox elektron kitab oxuduğunu deyib.

Monroyun fikrincə, kitabsevərlər əlavə rəflərə pul xərcləmək əvəzinə evdə istifadə olunmayan sahələrdən yaradıcı şəkildə yararlana bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar