Aeroport yolunda maşın xidməti avtomobilə  çırpıldı - HADİSƏ ANI
18 iyul 2025 16:42 (UTC +04:00)

Aeroport yolunda maşın xidməti avtomobilə çırpıldı - HADİSƏ ANI

Bakıda avtomobil təmizlik işi aparan xidməti maşına çırpılıb.

Lent.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, ötən gün axşam saatlarında Xəzər rayonu, Aeroport şosesində, aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yolun təmizlənməsi işləri görülüb.

Təhlükəsizliyi təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablosunda iş gedən zolağa “X” işarəsi qeyd edilməklə yanaşı, işi aparan qurumun xəbərdarlıq nişan lövhəsi qoyulmuş avtomobili təmizlik işi görən nəqliyyat vasitəsini müşayiət edib. Ancaq təəssüflər olsun ki, hərəkətdə olan minik avtomobillərindən biri diqqətsizlik edərək qeyd edilən nəqliyyat vasitəsinə çırpılıb. Qəza səbəbindən bir neçə dəqiqə mərkəz istiqamətində sıxlıq da yaranıb.

Bu cür qəzaların olmaması üçün sürücülər yollarda diqqətli olmalı, təmir-tikinti, təmizlik, suvarılma işləri aparılarkən təhlükəsizlik, müvafiq istiqamətləndirici yol nişanların tələblərinə riayət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar