Avtobusda İNSİDENT:  qızını oğlanla tutan ata dava saldı - VİDEO  - YENİLƏNİB
21 may 2025 15:00 (UTC +04:00)

Avtobusda İNSİDENT: qızını oğlanla tutan ata dava saldı - VİDEO - YENİLƏNİB

Bakıda avtobusda insident törədən şəxslə bağlı araşdırma başlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlər arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

***
12:41

Bakıda marşrut avtobusunda insident olub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında, 172 saylı xətt avtobusunda qeydə alınıb. Naməlum kişi avtobusa daxil olaraq, sərnişini döymək istəyib. Lakin digər sərnişinlərin müdaxiləsi nəticəsində onun qarşısı alınıb.

İddialara görə, kişi qızını həmin avtobusda oğlanla görüb və buna görə də qızını döymək istəyib.

Görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3059

Oxşar yazılar