Azərbaycanda sürücü yol polisinin başına oyun açdı - ŞOK VİDEO
22 noyabr 2023 13:05 (UTC +04:00)

Azərbaycanda sürücü yol polisinin başına oyun açdı - ŞOK VİDEO

Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yol Patrul Xidmətinin əməkdaşı tabe olmayan avtomobilin arxasınca qaçıb. Ancaq buna məhəl qoymayan sürücü qaçmağa çalışıb və yol polisi müvazinətini itirərək yıxılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman "VAZ" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb:

"Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığına ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində protokol tərtib olunub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5850

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09