Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı -VİDEO
06 avqust 2025 14:17 (UTC +04:00)

Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı -VİDEO

Uşaq sığınacaqlarında psixososial dəstəyin göstərilməsi üçün əməkdaşlıq memorandumu imzalanıb

Bakı Psixologiya Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Ümid Yeri” Uşaq Sığınacağında xidmət alan uşaq və yeniyetmələrə sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.

Memoranduma əsasən, Bakı Psixologiya Mərkəzi tərəfindən uşaq sığınacaqlarında dörd ay müddətində bir sıra psixoloji və sosial dəstək yönümlü fəaliyyətlər həyata keçiriləcək.

Layihə rəhbəri psixososial rifah və inteqrasiyanın əhəmiyyətini vurğulayıb

Tədbirdə layihə rəhbəri, uzman psixoloq və psixoterapevt Nərmin Osmanlı bu kimi təşəbbüslərin həssas əhali qruplarının psixososial rifahının yaxşılaşdırılmasına, həmçinin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə xidmət etdiyini bildirib:

“Bu çərçivədə uşaqlar üçün fərdi və qrupla psixoloji konsultasiyalar, emosiyaların ifadə edilməsi və tənzimlənməsi, cinsi təlim və məhrəmiyət, sosial bacarıqlar, gələcəklə bağlı qərar vermə, stressin idarə olunması, zorakılıqla mübarizə kimi bir çox mövzuda psixotəlim qruplarının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, uşaqların bioloji ailələrlə bağlarının yaradılması və reinteqrasiyası, icmaya inteqrasiyası, təhsil, səhiyyə və digər ehtiyaclarının qarşılanması üçün aidiyyatı qurumlar və mütəxəssislərlə əlaqələndirilməsi kimi sosial tədbirlər nəzərdə tutulur. Eyni zamanda sığınacaq əməkdaşları – psixoloq, sosial işçi, müəllim və tərbiyəçilərin uşaqlarla iş potensialını gücləndirmək üçün təlimlər və superviziyalar həyata keçiriləcək”.

Layihənin uzunmüddətli məqsədi xidmət keyfiyyətinin artırılmasıdır

Layihənin uzunmüddətli prioritetlərindən biri də uşaq sığınacaqlarında göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə standartların müəyyən edilməsi, təlimatların və alətlərin hazırlanması, həmçinin kadr potensialının gücləndirilməsidir.

“Ümid Yeri” İctimai Birliyinin sədri: “Daha çox insana ümid veriləcək”

“Ümid Yeri” İctimai Birliyinin sədri Nigar Mənsimova tədbirdə çıxış edərkən qeyd edib ki, bu mərkəz ehtiyacı olan şəxslər üçün çox faydalı olacaq:

“Burada çalışan gənc psixoloqlar və sosial işçilər öz potensial güclərini sərf edərək insanlara ümid bəxş edəcəklər.

“Ümid Yeri” uşaq sığınacağında yaşayan, eləcə də gələcəkdə daxil olacaq psixoloji dəstəyə ehtiyacı olan uşaqlar, yeniyetmələr, gənclər və körpə uşaqlı gənc analar da bu xidmətdən yararlanacaqlar.

Bu gün Bakı Psixologiya Mərkəzi ilə “Ümid Yeri” uşaq sığınacağı arasında rəsmi memorandum imzalanıb. Bu addım hər iki təşkilat üçün böyük məsuliyyət olmaqla yanaşı, həm də yeni imkanlar yaradır. Hesab edirəm ki, bundan sonra birgə fəaliyyət çərçivəsində daha mükəmməl işlər görüləcək, daha çox insana ümid veriləcək. Bakı Psixologiya Mərkəzinin və “Ümid Yeri” uşaq sığınacağının verəcəyi dəstək sayəsində daha yaxşı nəticələr əldə olunacaq. İnsanlar gələcəklə bağlı yeni imkanlar qazanacaqlar”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri: “Əməkdaşlıq böyük uğurlara yol açacaq”

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə imzalama mərasimində çıxışı zamanı bildirib ki, bu memorandum birliyin nəzdində sosial sığınacaq xidməti olaraq fəaliyyət göstərən uşaq sığınacağı üçün olduqca əhəmiyyətlidir:

“Bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Bakı Psixologiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu memorandum birliyin nəzdində sosial sığınacaq xidməti olaraq fəaliyyət göstərən uşaq sığınacağı üçün olduqca əhəmiyyətlidir.

Uşaqların qiymətləndirilməsi, psixodiaqnostikası, onlarla fərdi iş planlarının hazırlanması, təlimatların tərtib olunması, qrup işlərinin təşkili, fəaliyyətlərinin monitorinqi və digər sahələr üzrə Bakı Psixologiya Mərkəzində geniş və məqsədyönlü işlər görüləcək. Bu əməkdaşlıq böyük uğurlara yol açacaq.

Uşaq hüquqlarının müdafiəsində birgə fəaliyyət çağırışı

Bu gün bizim məqsədimiz yalnız bir təşkilatla məhdudlaşmır. Reabilitasiya mərkəzləri, sığınacaqlar və bu sahədə xidmət göstərən digər müəssisələrin fəaliyyətini daha da inkişaf etdirmək, keyfiyyətini artırmaq üçün birlikdə çalışmağa ehtiyac var. Bu istiqamətdə ixtisaslaşmış kadrların və qurumların potensialının artırılması da əsas hədəflərimizdəndir.
Eyni zamanda, "Ümid Yeri" Uşaq Sığınacağı da bu memoranduma qoşulur. Fəaliyyət sahələrimiz bir-birinə bənzəsə də, bu gün əsas məqsədimiz uşaq hüquqlarının müdafiəsini daha da təkmilləşdirməkdir. Bu baxımdan hər iki təşkilata – həm Bakı Psixologiya Mərkəzinə, həm də “Azərbaycan Uşaqları” İctimai Birliyinə uğurlar arzulayıram. Bu əməkdaşlığın uzunmüddətli və faydalı olacağına inanıram”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar

Uşaqlarımızı kimə əmanət edək? – Dayə axtarışı -VİDEO

Uşaqlarımızı kimə əmanət edək? – Dayə axtarışı -VİDEO

6 avqust 2025 , 12:03
Gecə dənizdə çimmək olarmı? - VİDEO

Gecə dənizdə çimmək olarmı? - VİDEO

6 avqust 2025 , 11:37
“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07