Qəza edən maşınlar
25 fevral 2022 15:12 (UTC +04:00)

Qəza edən maşınlar

Bakı-Quba yolunda 9 maşın bir-birinə çırpıldı - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən qəza zamanı sürücü xəsarət alıb.

Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba yolunda "İsuzu" və "Kamaz" markalı iki yük avtomobili bir-birinə çırpılıb. Nəticədə "İsuzu"nun sürücüsü 36 yaşlı Ağayev Elnur Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əldə etdiyimiz məlumata görə, qeyd olunan yolda müşahidə olunan qatı dumana görə daha 7 avtomobil bir-birinə çırpılaraq qəza törədiblər. Həmin qəzada isə ölən və ya yaralanan olmayıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi ötən gün hava şəraiti ilə bağlı sürücülərə müraciət edərək, ehtiyatlı olmaları və sürət həddini hava şəraitinə uyğun təyin etməyi tövsiyə edib.

***

Saat: 11:17

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, qəza zamanı iki yük avtomobili bir-birinə çırpılıb. Məlumata görə, qəzaya səbəb qeyd olunan yolda qatı duman olmasıdır.

Qəza nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

Görüntüləri təqdim edirik:

Bakı-Quba yolunda ağır qəza

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5847

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09