Bakıda avtobusdan düşən şagirdi maşın vurdu - HADİSƏ ANI
08 iyun 2023 10:47 (UTC +04:00)

Bakıda avtobusdan düşən şagirdi maşın vurdu - HADİSƏ ANI

Bakıda avtomobil məktəblini vurub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Hadisənin şəhərin mərkəzi küçələrində baş verdiyi deyilir.

Görüntülərdən aydın olur ki, şagird dayanacaqda avtobusdan düşür və bu an avtobus zolağı ilə hərəkət edən minik maşını onu vurur.

Şagirdin sağlamlığı barədə hələlik məlumat yoxdur. Videonu təqdim edirik:

# 2484
avatar

Oxşar yazılar