Narkotikə görə saxlanılan VüsalSəmədov və Emin Niftalıyev
06 aprel 2021 13:02 (UTC +04:00)

Narkotikə görə saxlanılan VüsalSəmədov və Emin Niftalıyev

Bakıda narkotacirlər saxlanıldı, onlardan nələr çıxmadı - VİDEO

Bakının Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Yasamal rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb.

Onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunaraq götürülüb.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda istintaq tədbirləri davam etdirilir.

Bakıda narkotacirlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4542

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09