Bakıda səki problemi – Rəsmilərdən CAVAB YOXDUR  -VİDEO
23 may 2025 11:14 (UTC +04:00)

Bakıda səki problemi – Rəsmilərdən CAVAB YOXDUR -VİDEO

Bakıda bir çox küçələrdə vətəndaşlar səki problemi ilə üzləşir.

Lent.az xəbər verir ki, bu problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb. TV-nin əməkdaşı bildirir:

“Biz Həzi Aslanov metrosu yaxınlığındayıq. Və yarımçıq səkinin üzərindəyik. Bu səkini üzərini uzun zamandır ağaclar zəbt edib. Həmin səki buradaca bitir. Biz səkinin digər tərəfinə keçmək üçün mərkəzi yoldan istifadə etmək məcburiyyətindəyik.”

Əməkdaş onu da qeyd edir ki, buraya sakinlərin şikayəti əsasında gəliblər:

“Sakinlər bildirirlər ki, Məhəmməd Hadi küçəsi boyunca salınan səki yolun orta hissəsində anidən bitir və araya maşınlar üçün nəzərdə tutulan parklanma ərazisi girir. Uçmağa qanadın yoxdursa, məcbursan ki, ya ağacların arasına girəsən, ya da düşəsən yola”.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar