Hadisə yeri
28 aprel 2022 11:44 (UTC +04:00)

Hadisə yeri

Bərdədə zibillikdən tapılan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO

Aprelin 27-də Bərdədə zibillik ərazidən qadın tapılıb.

Lent.az xəbər verir ki, iddialara görə, qadına əvvəlcə narkotik maddə qəbul etdirib zibillik əraziyə atıblar. Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, Bərdənin Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə tapılan qadın dərhal xəstəxanaya yerləşdirilib:

"Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub. Hazırda qadının müalicəsi davam etdirilir".

Bərdədə zibillikdən qadın tapıldı

# 6849
avatar

Mehman Nəbiyev

Oxşar yazılar