Sürücülərin DİQQƏTİNƏ! – Maşınlarınızı bu yerlərdə saxlamayın - VİDEO
30 yanvar 2020 12:27 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ! – Maşınlarınızı bu yerlərdə saxlamayın - VİDEO

Paytaxtın nəqliyyat sisteminin öndə gedən problemlərindən biri də parklanmadır.

Son olaraq qanunsuz parklanmanı müəyyən edən xüsusi texniki vasitəli avtomobillərin istifadəyə verilməsi nəzarəti daha da gücləndirdi. Ancaq əksər sürücülər əsasən mərkəzi küçələrdə parklanma üçün yer olmadığını əsas gətirərək, müxtəlif cür etiraz etdilər. Bu cür aksiyalardan biri ötən həftə 28 may küçəsində qeydə alındı. Belə ki, sürücülər avtomobilin yük yerinin qapağını qaldıraraq nömrələrin görünməsinə mane oldular.

Mövzu ilə bağlı şəhərin ən izdihamlı yerlərindən olan “28 may” metrostansiyasının yaxınlığında sürücülər arasında sorğu keçirdik. Sorğu apardığımız zaman taksilər üçün ayrılmış yerlərdə digər maşınların da saxlanıldığının şahidi olduq. Əksər taksi sürücüləri də onlar üçün ayrılmış yerin şəxsi maşınlar tərəfindən tutulduğunu dedilər. Həmsöhbətlərimiz arasında parklanma qaydalarının sürücülər tərəfindən pozulduğunu deyənlər də oldu, Bakı Nəqliyyat Agentliyinin haqsız yerə cərimə tətbiq etdiyini deyənlər də.

Şəhər nəqliyyat eksperti Hüseyn Abdullayev düzgün parklanma qaydaları və pozuntuların səbəbləri barədə Lent.az-a münasibət bildirib. Ekspert xüsusi nişan qoyulduğu halda avtomobilin səkiyə paralel və ya perpendikulyar dayanmalı olduğunu bildirib. Hüseyn Abdullayev nəzarətin zəif və cərimənin az olması səbəbindən sürücülərin də avtomobili istənilən yerdə saxladıqlarını vurğulayıb. Onun sözlərinə görə, düzgün parklanma təkcə sürücülərdən yox, həm də şəhərin infrastrukturundan, idarəetmə və nəzarətdən də asılıdır. Ekspertin fikrincə, nəzarət mexanizminin zəif olması insanların individual davranışlarına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12330

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00