Dini ayin  zamanı qadınlara təcavüz edildi - VİDEO
25 aprel 2026 19:10 (UTC +04:00)

Dini ayin zamanı qadınlara təcavüz edildi - VİDEO

0

Hindistanda milyonlarla insanın qatıldığı “Kumbh Mela” dini festivalində baş verən hadisələr böyük narazılığa səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Müqəddəs hamam” mərasimi zamanı izdihamın nəzarətdən çıxması nəticəsində çox sayda qadının cinsi təcavüzə məruz qaldığı iddia edilir.

Görüntülərdə çay kənarında toplaşan sıx kütlənin qısa müddətdə hərəkətlənərək nizamsız hala düşdüyü görünür. İştirakçıların panika içində bir-birini itələməsi nəticəsində ətrafda böyük qarışıqlıq yaranıb.

Hadisə zamanı bəzi qadınların izdiham içində təcavüzə məruz qaldığı iddia olunur. Təhlükəsizlik tədbirlərinin yetərsiz olması ilə bağlı tənqidlər səsləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş rezonans doğurub.

Festival zamanı baş verənlərdən sonra təşkilatçılıq və təhlükəsizlik planlaması ciddi müzakirə mövzusuna çevrilib. Rəsmilərdən hadisə ilə bağlı araşdırma aparılması və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması istiqamətində çağırışlar edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar