Xaçmazda gilas yığımına sayılı günlər qalsa da, hava şəraitinin kəskin dəyişməsi fermerlərin məhsul gözləntilərini puça çıxarıb. Təxminən 20 gün sonra başlayacaq yığım mövsümündən əvvəl yağan intensiv yağışlar və qeyri-sabit hava şəraiti gilas bağlarına ciddi ziyan vurub. Artıq yetişməkdə olan meyvələrin böyük hissəsi elə ağacda ikən yararsız hala düşüb.
Lent.az xəbər verir ki, bu problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb. TV-nin əməkdaşı bildirir:
- Zərər xüsusilə ixracyönlü gilas sortlarında – “Romanovka”, “Öküzürəyi” və “Napoleon”da daha çox müşahidə olunur.
Fermerlər qeyd edir ki, məhsulun az olması qiymətə də təsir edəcək.
Mütəxəssislər isə, fermerləri belə halların qarşısını almaq üçün aqrar sığorta imkanlarından istifadə etməyə çağırırlar.
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.