Mərdəkan sahilində balıqların kütləvi tələfatı – SƏBƏB
20 oktyabr 2026 10:02 (UTC +04:00)

Mərdəkan sahilində balıqların kütləvi tələfatı – SƏBƏB

0

Mərdəkan çimərliyində balıqların kütləvi şəkildə tələf olması müşahidə edilib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, hadisənin səbəbləri ilə bağlı mütəxəssis açıqlama verib.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov bildirib ki, balıqların tələf olmasını hər hansı xəstəliklə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, bu cür hadisələr demək olar ki, hər il təkrarlanır.

Qeyd edək ki, balıqların kütləvi tələfatına suda oksigen çatışmazlığı, temperatur dəyişiklikləri və çirklənmə kimi amillər səbəb ola bilər. Lakin Mərdəkan sahilində baş verən hadisənin konkret səbəbi hələ müəyyənləşdirilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar