FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO
07 fevral 2023 15:22 (UTC +04:00)

FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

# 2205
avatar

Oxşar yazılar