Yaxşı pul qazanmaq və rahat yaşamaq hər kəsin arzusudur. Bəs yüksək gəlir əldə etmək üçün insana ilk növbədə nə lazımdır?
Lent.az APA TV-yə istinadən xəbər verir ki, paytaxt sakinlərinin bu mövzuda fikirlərini öyrənmək məqsədilə şəhərdə sorğu keçirilib.
Pul bəziləri üçün xoşbəxtliyə aparan vasitə, digərləri üçün isə gündəlik problemlərin həlli və gələcəyə təminat deməkdir.
Bəs yaxşı qazanc əldə etməyin əsas şərti nədir? Təhsil, zəhmət, bacarıq, yoxsa şans?
İnsanların maddi rifahını yaxşılaşdırmaq üçün hansı amilləri daha vacib hesab etdikləri APA TV-nin hazırladığı videosorğuda diqqət mərkəzində olub.
Ətraflı videomaterialda.