FHN xilasediciləri 120 saat sonra 54 yaşlı qadını dağıntılar altından sağ çıxardı - VİDEO
11 fevral 2023 11:08 (UTC +04:00)

FHN xilasediciləri 120 saat sonra 54 yaşlı qadını dağıntılar altından sağ çıxardı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***

Türkiyənin Kahramanmaraş şəhərində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) axtarış-xilasetmə qrupları tərəfindən əməliyyatlar davam edib.

Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, FHN-in xilasediciləri gecə saatlarında Kahranmaraş şəhərində 54 yaşlı qadını 120 saat sonra dağıntılar altından sağ çıxarıblar.

# 2454
avatar

Oxşar yazılar