İsmayıllıda QUDUZLUQ:  inək öz balasını yeyib? - VİDEO  - YENİLƏNİB
14 mart 2025 12:00 (UTC +04:00)

İsmayıllıda QUDUZLUQ: inək öz balasını yeyib? - VİDEO - YENİLƏNİB

AQTA İsmayıllıda heyvanlar arasında quduzluq xəstəliyinin yayılması ilə bağlı APA TV-nin hazırladığı material əsasında araşdırmalara başlayıb.

Qurumdan Lent.az-a bildirilib ki, AQTA-nın regional bölməsinin əməkdaşları rayon baytarlıq idarəsinin əməkdaşları ilə birgə sözügedən kəndə baxış keçiriblər və müvafiq araşdırmalara başlayıblar.

Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

Kürdmaşı kəndində heyvanların tələf olması halları artır

İsmayıllı rayonunun Kürdmaşı kəndində bir aya yaxındır ki, mal-qaranın tələf olması halları artıb. Kənd sakinlərinin APA TV-yə verdikləri məlumata görə, baytar həkimlər heyvanlar arasında quduzluq xəstəliyi yayıldığını bildiriblər.

Kənd sakinlərinin açıqlamaları

Kənd sakini Əlövsət Həsənov deyib ki, heyvanlara vaksin vurulub: “Mal-qarada quduzluq xəstəliyi olduğu deyilir. Bir inəyimiz ölüb. Kənddə çox adamın təsərrüfatında var”.
Kənd sakini Teymur Ağayev də eyni xəstəlikdən üç inəyinin tələf olduğunu bildirib.

Kənd sakini Tahir Nəcəfov da mal-qaranın tələf olduğunu təsdiqləyib: “Bir ay əvvəl inəyimiz tələf oldu. Əvvəlcə, su içmədi, gözləri qızarmışdı, başqa inəklərə hücum edirdi. Öz balasını boynundan dişləmişdi. Daha sonra da tələf oldu”.

İnəklərdə quduzluq xəstəliyinin əsas əlamətləri nədir?

İnəklərdə quduzluq xəstəliyi sinir sisteminə təsir edən, ölümcül olan virus infeksiyasıdır. Xəstəliyin ilkin əlamətləri heyvanın aqressivləşməsi və ya həddindən artıq qorxaqlaşması, yeməkdən imtina və çeynəmə problemləri ilə müşahidə olunur. Sonrakı mərhələdə  boğaz əzələlərinin iflici nəticəsində su içməmək, hərəkət çətinliyi, yıxılma halları, paraliz və ifliclə xarakterizə olunur. 

Quduzluq xəstəliyi sağalmazdır və yoluxmuş inək adətən 4-7 gün ərzində tələf olur.

İnsanlar üçün təhlükəsi

Xüsusilə qeyd etmək lazımdır ki, quduzluq zoonoz xəstəlikdir, yəni insana keçə bilər. Bu səbəbdən şübhəli heyvanlara yaxınlaşmamaq və baytarlıq xidmətlərinə dərhal məlumat vermək vacibdir.
 

***

13 mart, 13:00

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09