Türkiyədə bir kişi diri balıq udub.
Lent.az yerli mediaya istinadla bildirir ki, görüntülər sürətlə sosial şəbəkədə yayılıb və izləyiciləri təəccübləndirib.
Videoda görünür ki, yanındakı dostu kişini balığı diri-diri udmağa təşviq edir. Nəticədə kimliyi bilinməyən şəxs küyə gedərək, balığı udur və nəfəs almaqda problem yaşayır.
İzləyicilər bu görüntülərə, "təbii kolonoskopiya", "balıq mədəsində artmağa başlayar" kimi rəylər yazıblar.