Yetişdirilən narkotik bitkilər
31 may 2021 09:29 (UTC +04:00)

Yetişdirilən narkotik bitkilər

Laboratoriyada narkotik əkən şəxs saxlanıldı-VİDEO

Balakəndə narkotik vasitələrin emal edildiyi laboratoriya aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Tülü kənd sakini Elvin Abulovun fərdi yaşayış evinə baxış keçirilib.

Nəticədə evin həyətyanı sahəsindən 35 ədəd xüsusi qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilib. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə E.Abulovun əmisinə məxsus, ancaq onun nəzarətində olan yardımçı tikilinin zirzəmisində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş, istilikvermə cihazları, işıq sistemi və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriyanın olduğu müəyyən edilib. Həmin laboratoriyadan, eləcə də yardımçı tikilidən və onun həyətyanı sahəsindən ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər və kisələrdə 14 kiloqrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. E.Abulov şübhəli şəxs qismində tutularaq götürülmüş maddi sübutlarla birlikdə istintaqa təqdim olunub.Saxlanılan şəxs ifadəsində uzun müddət narkotik istifadəçisi olduğunu və çətənə kollarını mart ayında becərərək xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Balakəndə narkotacir tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2294

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09