Döyüş anı
23 avqust 2022 11:41 (UTC +04:00)

Döyüş anı

Litvalıların Ukraynaya hədiyyə etdiyi "Bayraktar" döyüşə girdi - VİDEO

Litvalıların Ukraynaya verdikləri “Bayraktar – TB2”lər döyüş meydanında özünü göstərib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, litvalı jurnalist Andryus Tapinasın sözlərinə görə, litvalılar həmin pilotsuz uçan aparatın alınması üçün beş milyon avrodan çox pul yığmışdılar. Lakin Türkiyənin “Baykar” şirkəti həmin dronu Litvaya hədiyyə etmişdi. Litvalıların topladığı pulun bir hissəsi “Bayraktar” üçün sursat almağa, qalanı isə Ukraynaya dəstək üçün yönəldilib. İyulun əvvəlində Litva həmin “Bayraktar”ı Ukraynaya göndərib.

Tapinas hədiyyə “Bayraktar”ın döyüş videosunu yayıb.

Videoda Rusiya ordusuna məxsus pilotsuz təyyarənin vurulduğu əks olunub. 

Litvalıların Ukraynaya hədiyyə etdiyi "Bayraktar" döyüşə girdi

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar