Mingəçevirdə dərəyə düşən şəxs belə xilas olundu - VİDEO
13 fevral 2023 11:15 (UTC +04:00)

Mingəçevirdə dərəyə düşən şəxs belə xilas olundu - VİDEO

Mingəçevirdə bir nəfər 30 metr dərinliyində dərəyə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri istiqamətində - Qazandağ silsiləsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qazandağ silsiləsində dərinliyi təxminən 30 metr olan dərəyə sürüşüb düşən bir nəfər vətəndaş köməksiz halda həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla vətəndaş dərədən çıxarılaraq xilas edilib.

# 2313
avatar

Oxşar yazılar