Molla rejiminin sahib çıxmadığı xoylulara soydaşlarımız sahib çıxdı
01 fevral 2023 11:27 (UTC +04:00)

Molla rejiminin sahib çıxmadığı xoylulara soydaşlarımız sahib çıxdı

Güney Azərbaycanın Xoy şəhərindəki zəlzələ nəticəsində zərərçəkən soydaşlarımız hökumətin biganə rəftarından narazılıq edirlər.

Lent.az  “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İran hökumətinin sahib çıxmadığı Xoy sakinlərinə soydaşlarımız kömək edir. 

Xoylular bu köməkliyi qarşılıqsız qoymayıblar. Belə ki, onlar xalqımıza öz təşəkkürlərini bildiriblər:

“Bizə bizdən başqa çarə yoxdu. Molla rejiminin sahib çıxa bilmədiyi xoylulara soydaşlarımız sahib çıxdı. Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız zəlzələdən zərərçəkən soydaşlarımıza 20 maşın yardım göndərdi.

Yaşasın Azərbaycan!”.

 

# 3090
avatar

Oxşar yazılar