Motosikletdə övladını təhlükəyə atan ata məsuliyyətə cəlb olundu -YENİLƏNİB
23 iyun 2026 19:02 (UTC +04:00)

Motosikletdə övladını təhlükəyə atan ata məsuliyyətə cəlb olundu -YENİLƏNİB

2

Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Lent.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.

***

11:10

Bakıda motosikletçi azyaşlı qızı qanunsuz daşıyaraq, həyatına təhlükə yaradıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, kimliyi bilinməyən şəxs aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitəsində azyaşlı qız təhlükəli şəraitdə aparıb. Bu zaman motosikletçi azyaşlıya dəbilqə və təhlükəsizlik kəməri taxmayıb. Bildirilir ki, hərəkət zamanı motosikletin sürəti saatda 80 km olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır:

"Mövcud qanunvericiliyin tələblərinə əsasən motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların daşınması qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq bu gün bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, nəticədə xoşagəlməz hallar baş verir.

Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1220

Oxşar yazılar