Bakıda bayraq sökülən maşın
26 oktyabr 2021 12:41 (UTC +04:00)

Bakıda bayraq sökülən maşın

Polis maşınlardakı bayraqları sökməyə başladı - VİDEO

Bakıda yol polisi əməkdaşı avtomobilin arxa şüşəsinə yapışdırılan bayrağı söküb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Yol patrul xidməti əməkdaşı hərəkətdə olan “Mercedes-190” markalı avtomobili saxlayıb və arxa şüşəyə vurulan bayrağı sökməyə başlayıb. Sosial şəbəkədə yayılan bu görüntülərə izləyicilər tərəfindən müzakirələrə səbəb olub. İddia olunur ki, polis rəngləri düzgün olmadığı üçün bayrağı söküb. Görüntülərdən də bayrağın yaşıl rəngi olan hissəsinin göy rəngdə olduğu görünür. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Lent.az-a bildirib ki, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır:

“Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur. 

 O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür. 

Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur.  

Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın".

Bakıda avtomobilin şüşəsinə vurulan bayraq söküldü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8833

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09