Qusarda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən BMW markalı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
