İsa Alməmmədov
27 aprel 2021 15:19 (UTC +04:00)

İsa Alməmmədov

Rüstəm Behrudinin qardaşı oğlu ölümündən öncə nələr dedi? - VİDEO

“Həlli olmayacaq yeganə şey ölümdür. İntihar etmək istəyən insan öncədən heç kimə “intihar edəcəm”, demir”.

Lent.az bildirir ki, bu fikirləri tanınmış şair Rüstəm Behrudinin qardaşı oğlu İsa Alməmmədov “YouTube” kanalında mart ayında yayımlanan verilişində səsləndirib. 

Verilişdə bu ilin fevral ayında  Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın intihar səbəbləri müzakirə olunur. İsa Alməmmədov bununla bağlı fikirlərini səsləndirib:

“Bir həftə ərzində 5 intihar nə deməkdir? Bu elə bir şeydir ki, adam fikirləşir ki, mənim həll yolum yoxdur. Həyatdan tam ümidi kəsmişəm. Bu da çox qarışıqdı. Bunun yaşadığı problem bəlkə də böyük, bəlkə də kiçikdir. Ən məşhuru Sevilin özünün atması oldu. Bütün intiharlardan sonra Sevilin özünün atması tamamilə qırılma nöqtəsi oldu”. 

İntiharların böyük əksəriyyəti mentalitetə dayandığını qeyd edən İsa Alməmmədov ətrafındakı insanların hamısının mentaliteti inkar etdiyini bildirir:

“Mən onların heç biri ilə razılaşmıram. Mentalitetin inkar olunması gərəkən bir şey deyil, bu bizim mədəniyyətimizdir. Bunu yaddan çıxartmaq, Avropalaşmaq deyil”.

Qeyd edək  ki, İsa Alməmmədov Qaraçuxurdakı evlərindən çıxıb şəhərdəki evlərinə gedib. Evləri 15-ci mərtəbədə yerləşir. Orda oturub qaranlıq düşməsini gözləyib və saat 12-nin  yarısında özünü atıb.

Lent.az  İsa Alməmmədovun müəllifi olduğu verilişi təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11091

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00