Bakıad zəncirvari yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində "Sea Breeze" yolunda qeydə alınıb.
"Toyota Aqua" markalı avtomobil Böyükşor gölünün üzərində hərəkətdə olarkən idarəetmədən çıxaraq beton arakəsmənin üstündən əks tərəfə keçib. Nəticədə bir neçə avtomobil bir-birinə çırpılıb.
Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiq bilinmir.