Sumqayıtda bir ailənin öldüyü qəzanın ANBAAN VİDEOSU
18 fevral 2022 11:22 (UTC +04:00)

Sumqayıtda bir ailənin öldüyü qəzanın ANBAAN VİDEOSU

Fevralın 17-də Sumqayıtda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, görüntülərdə yüksək sürətlə körpüdə hərəkət edən avtomobilin idarəetməni itirməsi və körpüdən aşması əks olunub.

Məlumata görə, avtomobildə olanların heç biri təhlükəsizlik kəməri taxmayıblar. Buna görə də, onların hər biri qəza zamanı avtomobildən kənara düşüblər.

Qeyd edək ki, fevralın 17-də təxminən saat 17:17-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 37 yaşlı Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 23 yaşlı Ələkbərova Fidan Mövsüm qızı və övladı 1 yaşlı Əliyev Həmzə Seymur oğlu ölüblər.

Sumqayıtdakı qəzanın görüntüləri

# 5985
avatar

Mehman Nəbiyev

Oxşar yazılar