Terrorçu səfirliyimizə neçə dəfə hücum edib? - Yayılan videolara aydınlıq gətirildi
28 yanvar 2023 10:01 (UTC +04:00)

Terrorçu səfirliyimizə neçə dəfə hücum edib? - Yayılan videolara aydınlıq gətirildi

Dünən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terrorla bağlı yayılan görüntülər insanlarda çaşqınlıq yaradıb.

Lent.az xəbər verir ki, "MOUZE" teleqram kanalı hadisədəki qaranlıq məqamlarla bağlı video paylaşıb. Bu videoda müəmmalı suallara aydınlıq gətirilir.

Videoda bildirilir ki, terrorçu birinci cəhddə səfirliyin binasına daxil ola bilib. Binanın içərisində atəş açan zaman səfirlik əməkdaşı onu tutaraq çölə çıxarıb və qapını bağlayıb. Bundan sonra o kuvaltla qapını açmağa cəhd edib, avtomobilə və qapıya atəş açıb, əlindəki yandırıcı məhlulla yanğın törətmək istəyib. Ancaq məqsədinə nail ola bilməyib və özü yanaraq oradan qaçıb.

Daha ətraflı videonu izləyin:

# 4584
avatar

Oxşar yazılar