Toy edənlərə “toy” tutanlar  – Köhnə yeməklər süfrəsi -VİDEO
22 oktyabr 2026 12:29 (UTC +04:00)

Toy edənlərə “toy” tutanlar – Köhnə yeməklər süfrəsi -VİDEO

0

Şadlıq saraylarında təqdim olunan yeməklərin keyfiyyəti və təzəliyi ilə bağlı narazılıqlar qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, toy süfrələrindəki yeməklərin saxlanma şəraiti, hazırlanma müddəti və mümkün zəhərlənmə halları araşdırılıb.

Məsələ ilə bağlı şadlıq saraylarının administratorlarının, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun və hüquqşünas Ramil Süleymanovun fikirləri öyrənilib.

Araşdırmada qida təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət, istehlakçı hüquqları və nəzarət mexanizmlərinə diqqət çəkilib.

Bildirilib ki, vətəndaşlar qida təhlükəsizliyi ilə bağlı şübhəli hallarla rastlaşdıqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar