Təyyarə avtomobil yoluna düşdü - ANBAAN VİDEO
10 avqust 2022 06:00 (UTC +04:00)

Təyyarə avtomobil yoluna düşdü - ANBAAN VİDEO

ABŞ-ın Kaliforniya ştatındakı “Riverside” dairəsində kiçikhəcimli təyyarə qəza enişi edib.

Lent.az “ktla.com” saytına istinadən xəbər verir ki, qəza anı anbaan görüntülənib. 

İki nəfər ekipaj üzvünün olduğu təyyarə avtomobillərin sıx olduğu magistralda sərt eniş etdi. 

Qəza nəticəsində təyyarədən tökülən yanacaq yanğına səbəb olub. 

“Piper Cherokee” təyyraəsi qəzaya uğrayan zaman üç nəfərin olduğu yük maşınına dəyib. 

Sərt enişdən sonra təyyarə bir müddət yolboyu sürüşüb. 

Qəzada heç kim xəsarət almayıb.

Pilotun sözlərinə görə, qəzaya səbəb mühərrikin qəfil sıradan çıxması olub. 

Qeyri-adi qəzanın nəticələrini aradan qaldırmaq üçün magistral bir neçə saat bağlanıb.


 

# 3696
avatar

Oxşar yazılar