Türkiyədə 31 yaşlı kişi özünü binadan atıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun Məlikqazi qəsəbəsində baş verib.
Ruhi-əsəb xəstəsi olan 31 yaşlı əcnəbi özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Hadisə yerinə gələn polis və həkimlər onun öldüyünü müəyyən ediblər.
Onun intihar etməsi yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına düşüb.
Araşdırma aparılır.