Ev üsulu beyti kababı necə hazırlanır?
02 iyul 2022 18:25 (UTC +04:00)

Ev üsulu beyti kababı necə hazırlanır?

Yuxada beyti kababı evdə necə hazırlanır? Lent.az-ın MƏTBƏXİNDƏ...

Bu gün Lent.az asan hazırlanan, həm doyumlu, həm də ləziz yuxada beyti kababının reseptini sizə təqdim edir.

Qeyd edək ki, kababı "Chef Baku by Künefe" restoranının aşpazı Rövşən usta hazırlayıb. 

Lazım olan ərzaqlar: 

200 qram dana əti;

Yarım dəstə cəfəri;

1 diş sarımsaq;

Lavaş;

Zövqə görə duz, istiot. 

Yanında sos üçün tomat pastası, 1 qaşıq duru yağ, duz, istiot. 

Hazırlanma qaydası çox sadədir. Çəkilmiş ətin üzərinə 1 diş sarımsağı rəndədən keçiririk. Doğradığımız cəfərini, duz və istiotu da ətin tərkibinə qatıb yaxşıca qarışdırırıq. Soyuducuda bir az gözlədirik. Sonra əlimizi suya batırıb əti lülə formasında şişə düzürük və sobada 180 dərəcədə bişməyə qoyuruq.

Sobada bişirməsi üçün çöp şişdən də istifadə edə bilərsiniz. 
Bişəndən sonra beytini lavaşa bükürük. Dilimləyərək servis edəcəyimiz boşqaba düzürük. Boşqabın ortasına badımcan salatı, qatıq və ya sosu qoya bilərsiniz. 

Nuş olsun!
 

Ev üsulu yuxada beyti kababı necə hazırlanır?

# 2265
avatar

Nigar Namiq

Oxşar yazılar